Azərbaycanda intim videolarla məktəbli qıza qarşı şantaj - ŞOK FAKTLAR
    • 9-02-2023, 15:05
    • 418

Azərbaycanda intim videolarla məktəbli qıza qarşı şantaj - ŞOK FAKTLAR

Bu günlərdə Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslərdən biri başa çatıb.

News24.az-ın əldə etdiyi məlumata görə, məhkəmədə Şəkinin Zəyzid kənd sakini olan 2000-ci il təvəllüdlü Ramil Əmiraslanov müttəhim kürsüsündə əyləşib. O, Cinayət Məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq əməlləri), 171-ci (Yetkinlik yaşına çatmayanları pornoqrafiyaya cəlb etmə), 180-ci (Soyğunçuluq) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib.

Məhkəmədə bildirilib ki, Ramil yaşadığı kənddə yetkinlik yaşına çatmayan məktəbli qızı (8-ci sinif şagirdi) aldadaraq onun intim görüntülərini çəkib.

Belə ki, Ramil Validə (ad şərtidir-red.) adlı qıza onu sevdiyini və evlənəcəyini bildirərək aldadıb. Sosial şəbəkədə danışdıqları müddət ərzində Ramil qızın intim görüntülərini əldə edib. Həmçinin görüntülü danışarkən qızın soyunmasını tələb edib. Daha sonra Ramil qızı təhdid etməyə başlayıb. O, qızı biabır edəcəyi ilə qorxudaraq, onunla kənd ərazisindəki istifadəsiz məktəb binasında, eləcə də Şəkidə tutduğu gündəlik kirayə evdə görüşərək qeyri-təbii yolla cinsi əlaqədə olub. Ramil həmin hadisələri telefonla lentə də alıb. Daha sonra o, Validəyə bildirib ki, Şəkidə görüşdükləri evin sahibi gizli kamera ilə onları lentə alıb və şantaj edərək pul istəyir. Ramil qızdan 5 min manat tapıb verməsini, eləcə də, evdəki qızılları gətirməsini tələb edib. İstədiyi pulları ala bilməyən oğlan daha sonra Validəyə məxsus mobil telefonu onun əlindən alıb. O, həmin telefonu guya ev sahibinə verdiyini bildirib.

Bir neçə ay sonra Ramilin Validə ilə intim görüntüləri kənddə yayılmağa başlayıb. Qızın qohumları Ramillə Validəni üzləşdiriblər və dəhşətli faktlar üzə çıxıb. Bundan sonra oğlan barəsində cinayət işi açılıb. Cinayət işinin materialları daha sonra Şəki şəhər Polis Şöbəsindən Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Rəfail Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi yanvarın 30-da başa çatıb.

Məhkəmənin hökmü ilə Ramil Əmiraslanov 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Taleh BAĞIROV