-
- 7-09-2022, 15:57
- 4 001
Azərbaycanda inanılmaz hadisə - 2 uşaq atası QIZ QAÇIRDI
Yevlax rayonunda rəsmi nikahda olan 2 uşaq atası qız qaçırıb.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Aran qəsəbəsində baş verib.
Belə ki, 1981-ci il təvəllüdlü Ramil Nemətov 2004-cü ildən ailəli və 2 uşaq atası olmasına baxmayaraq, dostunun Aysu adlı qızını qaçıraraq Nemətabad kəndi yaxınlığında işlədiyi fermaya gətirib. O, hədə-qorxu gəlməklə təbii və qeyri-təbii yolla bir neçə dəfə həmin qızla cinsi əlaqədə olub.
Gənc qız daha sonra aldadıldığını, Nemətin ailəsindən ayrılmadığını öyrənərək polisə şikayət edib. Ramil Nemətovbarəsində Cinayət Məcəlləsinin 151-ci (Seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə cinayət işi açılıb və o həbs edilib.
Cinayət işi ilə bağlı Yevlax Rayon Məhkəməsində aparılan proses zamanı məlum olub ki, Ramil faktiki ər-arvad münasibətində yaşadığı qıza qarşı dəfələrlə seksual xarajkterli zorakılıq əməlləri törədib. O, əməllərini qız hamilə olduğu vaxt da davam etdirib.
Məhkəmədə Ramil Nemətov birinci evliliyindən 2, Aysu ilə nikahdan isə 1 azyaşlı uşağının olduğunu bildirərək yüngül cəza verilməsini xahiş edib.
Aysu da artıq Ramillə barışdığını bildirərək ona yüngül cəza istəyib.
Yevlax Rayon Məhkəməsində hakim Toğrul Əliyevin sədrliyi ilə keçirilən prosesin yekununda Ramil Nemətova 1 il müddətinə həbs cəzası verilib.