-
- 9-02-2023, 16:14
- 196
Məşhur reper 72 saatdan sonra dağıntılar altından çıxarıldı
Əsl adı Hikmət Ağca olan məşhur türkiyəli reper “Knock Out” 72 saat sonra Hatayda dağıntılar altından xilas edilib. Sosial media hesabından yaşadıqlarını paylaşan musiqiçi sözləri ilə hər kəsi təsirləndirib.
“Əziz dostlar, telefonu indicə əlimə aldım. Bura olduqca bərbad vəziyyətdədir. Mən şanslı olanlardan biriyəm. 72 saat studiyanın altındakı zirzəmidə iki-üç metrlik divarın altında qaldım; amma AFAD heyətindən Allah razı olsun, onlar məni çıxartdılar. Təbii ki, burada dualarınızın inanılmaz təsiri oldu. Çox adam zəng vurub, yazıb. Allah hamınızdan razı olsun. Gördüyünüz kimi, yaxşıyam. Heç burnum da qanamayıb. Səsim bir az tutulub”, - deyə reper bildirib.