Ekskavator sürücüsü atasını dağıntılar altından göz yaşları içində çıxardı - VİDEO
    • 8-02-2023, 17:46
    • 356

Ekskavator sürücüsü atasını dağıntılar altından göz yaşları içində çıxardı - VİDEO

Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələdə dağıntılar altında qalan 61 yaşlı Salman Aydemir təbii fəlakətdən 47 saat sonra xilas edilib. 

News24.az xəbər verir ki, onun axtarış-xilasetmə işlərinə oğlu Osman da öz ekskavatoru ilə qatılmışdı.

Məlumata görə, Osman səkkizmərtəbəli binanın dağıntıları altında səs eşidib və bunu xilasedicilərə çatdırıb. 

Aparılan əməliyyat zamanı ata Salman Aydemir sağ-salamat dağıntılar altından çıxarılıb.