Adnan Oktarın sərvəti açıqlandı
    • 22-07-2018, 15:26
    • 1 360

Adnan Oktarın sərvəti açıqlandı

Casusluq, uşaqların cinsi istismarı, insan alveri kimi bir sıra cinayətlərdə ittiham olunan Adnan Oktarın sərvəti açıqlanıb.
News24.az xəbər verir ki, Maliyyə Cinayətləri üzrə Araşdırma Qurumunun (MASAK) hazırladığı sənədlərdə Oktarın və təşkilat üzvlərinin bank hesablarının nəticələri göstərilib. İlkin ehtimalla 200 milyon dollar sərvəti olduğu deyilən Adnanın əslində daha çox gəliri olduğu üzə çıxıb.


Bank sənədlərinə əsasən, Oktar 1 milyard dollara yaxın sərvətə malikdir. Aldadılaraq təşkilata üzv edilən qadınların var-dövləti əllərindən alındıqdan sonra təşkilatdan uzaqlaşdırıldığı və hətta intihar həddinə çatdırıldıqları də müəyyən olunub.

//Qafqazinfo.az