Süleyman Soylu FHN-in Mobil səhra hospitalına getdi - Video
    • 9-02-2023, 20:56
    • 180

Süleyman Soylu FHN-in Mobil səhra hospitalına getdi - Video

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Mobil səhra hospitalına gedib.

Nazir hospitalda yaradılmış şəraitlə tanış olub.

FHN-in Tibb Mərkəzinin poliklinika şöbəsinin terapevti tibb xidməti kapitanı Qurban Eyvazov Süleyman Soyluya şəraitlə bağlı məlumat verib. Süleyman Soylu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin tibb personalına təşəkkür edib:

“Bu, Azərbaycanın bizə verdiyi dəstəyə görə çox qiymətlidir. Həm insanımıza kömək edirsiz, həm də birlikdə çalışırıq. Allah sizdən razı olsun, minnətdaram. Qardaşın qardaşa borcu olmaz”, - Süleyman Soylu FHN-in Mobil səhra hospitalına gələrkən bildirib.