Hərbi həkimlərimiz Kahramanmaraşda 17 əməliyyat icra edib
    • 10-02-2023, 16:19
    • 286

Hərbi həkimlərimiz Kahramanmaraşda 17 əməliyyat icra edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən qardaş ölkəyə ezam olunan Azərbaycan Ordusunun hərbi həkimləri Kahramanmaraşda fəaliyyətini davam etdirir.

MN-dən News24.az -a verilən məlumata görə, hərbi tibb personalımız Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə növbəti 7 cərrahi əməliyyatı uğurla icra edib, zərərçəkmiş 41 nəfərə ambulator yardım göstəriblər.

Türkiyəyə ezam olunan Azərbaycan Ordusunun tibb personalı ümumilikdə 17 cərrahi əməliyyat icra edib, baş vermiş zəlzələdən zərərçəkən 134 nəfəri müayinə edərək onlara ambulator yardım göstəriblər