-
- 10-02-2023, 16:38
- 251
"Dağılan binaları 1 il ərzində yenidən tikərək sahiblərinə təhvil verəcəyik" - Ərdoğan
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən zərər çəkən Adıyamanda açıqlamalar edib.
News24.az xəbər verir ki, zəlzələdən zərər çəkənlərə 1 illik kirayə dəstəyi veriləcəyini bildirən prezident Ərdoğan: "1 il ərzində dağılan binaları əlimizdə olan layihələrlə yenidən tikərək sahiblərinə təhvil verəcəyik. Vətəndaşlarımıza 10 min lirə ödəniş ediləcək. Çadırda qalmaq istəməyən vətəndaşlarımızın kirayə haqqını ödəməklə evlərdə yaşamasına şərait yaradacağıq. Adıyamanda və ya müxtəlif vilayətlərdə 1 il yaşaya biləcəklər. Bu müddət ərzində isə evlər tikiləcək"- deyib. /CNN Türk/
Teymur MƏMMƏDOV