Türkiyədə zəlzələdən sonra yer belə parçalandı FOTO/ VİDEO
    • 10-02-2023, 17:35
    • 288

Türkiyədə zəlzələdən sonra yer belə parçalandı FOTO/ VİDEO

Türkiyədə baş verən 7.7 bal gücündə olan zəlzələnin maqnitudası məlum olub.

News24.az xəbər verir ki, episentri Pazarcık və Elbistan rayonları olan zəlzələ bölgəsində yer təxminən 400 kilometrlik bir xətt boyunca 3-4 metrlik deformasiyaya məruz qalıb. Qırılma seqmentlərinin dərinliyi təqribən 8-10 kilometrdir.

Bu barədə AFAD-ın Zəlzələ və Riskin Azaldılması Baş direktoru Orhan Tatar məlumat verib.

Sözügedən görüntüləri təqdim edirik: 

Qumral Əliyeva