Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
    • 11-02-2023, 10:41
    • 298

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə News24.az-a Xəzər rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 11-i saat 7 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Pakizə Xudiyevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

1965-ci il təvəllüdlü Aydın Məmmədovun aralarında yaranmış münaqişə zamanı kəsici alətlə arvadını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aydın Məmmədov şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.