"Türkiyənin üz qaraları" - FOTO
    • 11-02-2023, 13:47
    • 185

"Türkiyənin üz qaraları" - FOTO

Türkiyədə baş vermiş dəhşətli zəlzələdə ən çox zərər çəkən şəhərlərdən biri Hataydır. Təəssüf ki, bu ağır durumda orada oğurluq hadisələri baş verməkdədir.

News24.az xəbər verir ki, Adana Ədliyyə müdirliyi tərəfindən Hataya ezam edilən Xüsusi Təyinatlı polis qüvvələri tərəfindən Hatayda zəlzələdən uçmuş evlərə girərək vətəndaşların mallarını oğurlayan xüsusi qrup yaxalanıb.

Türkiyə mətbuatı həmin şəxslərin şəkillərini ictimaiyyətə təqdim edib. Yayımlanan xəbərlərdə onlar "Türkiyənin üz qaraları" kimi təqdim olunublar.

Aynurə