Zəlzələdə dağılan binaları tikən şəxslər ölkədən qaçarkən saxlanıldılar
    • 13-02-2023, 11:14
    • 318

Zəlzələdə dağılan binaları tikən şəxslər ölkədən qaçarkən saxlanıldılar

Türkiyənin Adıyaman şəhərində dağılan bir çox binanın podratçısı olduğu müəyyən edilən iki nəfər xaricə getmək istəyərkən İstanbul Hava Limanında saxlanılıblar.

News24.az xəbər verir ki, polis Adıyamandakı çox sayda binanın podratçılarını İstanbul Hava Limanında Gürcüstana getməyə hazırlaşarkən saxlayıb.

Yavuz Karakuş və Sevilay Karakuşun dindirilmək üçün polis bölməsinə aparılıb.
Xatırladaq ki, Qaziantepdə zəlzələdə dağılan Ayşe Mehmet Polat sahəsinin podratçısı Mehmet Ertan Akay həbs edilib.