“EGE Hospital”-da daha bir uğurlu əməliyyat - FOTOLAR
    • 28-01-2019, 13:13
    • 1 361

“EGE Hospital”-da daha bir uğurlu əməliyyat - FOTOLAR

“EGE Hospital”-da daha bir uğurlu əməliyyat həyata keçirilib.

Ürəyə edilən müdaxilənin olduqca təhlükəli olduğunu nəzərə alan həkim kollektivi pasientin istəyi ilə sol damarda yaranan ciddi problemi aradan qaldırıb.

Belə ki, xəstəxanaya kəskin ürək ağrıları ilə daxil olan pasientdə edilən koronor angiografiya sonrası ürəyin tac damarının “sol ana koronor arteriya tutulması” aşkar edilib. Sol ana koronor arteriya ürəyi qidalandıran ən böyük damar olub, bu damar tıxanıqlarına bağlı infarktlar daha çox ölümlə nəticələnir. Yüksək ölüm riski səbəbi ilə bu tip pasientlərə təcili müdaxilə edilməlidir.

Günümüzdə sol ana koronor arteriya tıxanıqlarının ən uyğun müalicəsi kimi açıq ürək əməliyyatı qəbul edilir. Ancaq pasientimiz çox kilolu olduğundan (boy:160 smm, Kilo: 165 kq) açıq ürək əməliyyatı da olduqca riskli hesab edildi. Pasientə həm xəstəliyinin riski, həm də edilməli olan açıq ürək əməliyyatının riskləri söylənildi.

Pasient açıq ürək əməliyyatını qəbul etmədiyi üçün ona angiografik üsullarla müalicə məsləhət görüldü. Bu tip pasientlərdə ediləcək angiografik müdaxilələr də yüksək riskli olub, yüksək operator təcrübə tələb edir. Düşünmək istədiyini söyləyən pasient, bir neçə müəssisələrlə də görüşdükdən sonra klinikamızda bu riskli işləmi qəbul etdi. Angiografiya əsnasında yarana biləcək komplikasiyalar (ağırlaşmalar) nəticəsində açık ürək əməliyyatına dönmə riski də olduğundan angiografiya bölümü eyni zamanda ürək cərrahiyyəsinin də müdaxilə edə biləcəyi şəkildə təşkil olundu və xəstəyə koronor girişim edildi.

45 dəqiqə davam edən müdaxilə ilə pasientin sol ana koronor arteriyasına və onun şaxələrinə uzanacaq şəkildə 2 ayrı stent implantasiyası həyata keçirildi. Uğurlu müdaxilələr sonrası pasientə çəkisini azaltması məsləhət görülərək 2 gün sonra evə yazıldı.

Bir daha qeyd edək ki, səhhətinizdəki bu kimi problemlərin təhlükəli hal almaması üçün “EGE Hospital”-ın endirimli “Check-Up” paketindən yararlana bilərsiniz!

Əlaqə üçün:

1117

+994502991117

+994125991117