Bakı-Qazax yolunda mikroavtobusla yük maşını toqquşdu - Ölən var + Foto
    • 14-02-2023, 10:02
    • 142

Bakı-Qazax yolunda mikroavtobusla yük maşını toqquşdu - Ölən var + Foto

Bu gün saat 07:45 radələrində Bakı-Qazax yolunun 231-ci km-də ölümlə nəticələnən yol qəzası baş verib.

News24.az xəbər verir ki, "Mercedes" markalı 77-JC-239 dövlət nömrə nişanlı yük avtomobili Bakı istiqmətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan "Mercedes Sprinter" markalı 90-LE-831 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.
Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.