Zəlzələdə dağılan binaları tikən 9 şəxs həbs edildi
    • 14-02-2023, 10:58
    • 176

Zəlzələdə dağılan binaları tikən 9 şəxs həbs edildi

31 mindən çox insanın həyatına son qoyan zəlzələdən sonra binaları dağılan podratçılarla bağlı araşdırmalar davam edir. 

News24.az xəbər verir ki, indiyədək doqquz podratçı həbs edilib.

Dağılan binalarla bağlı araşdırmalarda 163 şəxs məsuliyyətə cəlb olunub. 

Şübhəlilərdən 9 nəfər həbs edilib. İki şəxs məhkəmədən sərbəst buraxılıb. 48 şübhəli şəxslə bağlı araşdırmalar davam edir.