-
- 14-02-2023, 12:42
- 203
Dağıntılar altında nə qədər sağ qalmaq olar?
Xəbər verdiyimiz kimi, ötən həftə baş verən dağıdıcı zəlzələdən sonra axtarış-xilasetmə işləri davam edir. Dağıntılar altında uzun müddət sağ qalanlar da var. Bəs, dağıntıların altında nə qədər müddət sağ qalmaq mümkündür?
News24.az xəbər verir ki, mütəxəssislərin fikrincə, insanların zəlzələnin dağıntıları altında nə qədər yaşaya bilməsi müxtəlif amillərdən asılıdır. Xəsarətin şiddəti, dağıntılar arasında necə sıxışma və hava şəraiti vacib amillərdir. Ən mühüm üstünlük yaralıların nəfəs almaq üçün havaya və suya çıxışının olmasıdır. Bundan asılı olaraq dağıntılar altında sağ qalmaq bir həftə, çox nadir hallarda daha uzun ola bilər.
Mütəxəssislər xroniki xəstəlikləri olanların dərmandan asılı olduqları üçün risk qrupunda olduqlarını bildirib. Bundan əlavə onlar cəsədlərin yanında qapalı qalan insanların asanlıqla ümidsizliyə qapılacağı və bunun da insanları təlaşlandıracağını deyiblər. Alimlərin fikrincə, həyatda qalmaq üçün psixoloji amillər olduqca vacibdir.
Qumral Əliyeva