FHN-in psixoloqları Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara fasiləsiz xidmət göstərir
    • 14-02-2023, 18:21
    • 170

FHN-in psixoloqları Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara fasiləsiz xidmət göstərir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması çərçivəsində qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin tibbi heyəti arasında peşəkar psixoloqlar da var.

FHN-dən News24.az-a verilən məlumata görə, zəlzələdən fiziki və mənəvi sarsıntı keçirən insanlarin yanında olmaq və onlara mənəvi dəstək vermək məqsədilə göndərilmiş FHN-in psixoloqları tərəfindən Kahramanmaraşda zərər çəkmiş insanlara psixoloji yardım işi təşkil olunub.

Qeyd edək ki, psixoloji yardım işi fasiləsiz olaraq davam etdirilir.