-
- 15-02-2023, 10:26
- 153
Həbsdən azad olunan Atambayev ölkəni tərk etdi
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev ölkəni tərk edərək müalicə üçün xaricə gedib.
News24.az xəbər verir ki, Atambayev Bişkekdən BƏƏ-yə uçub, oradan da İspaniyaya səfər etməyi planlaşdırır.
Sabiq prezident orada diaqnostik müayinədən keçəcək və müvafiq müalicə kursu alacaq.
Qeyd edək ki, Atambayev 14 fevral tarixində cəzasını çəkdiyi koloniyadan azad edilib. Daha sonra eks-prezident İspaniyada müayinə və müalicə olunmaq niyyətində olduğunu açıqlayıb.
Atambayev Qırğızıstana qayıtma tarixinin həkimlərin diaqnozundan asılı olduğunu bildirib. O, müalicədən sonra sağalması üçün müəyyən vaxt lazım olacağını da istisna etməyib. Eyni zamanda eks-prezident vətənə qayıtmaq niyyətində olduğunu vurğulayıb. /TASS/
Teymur MƏMMƏDOV