Ərdoğan məmurların yığdığı yardımın məbləğini açıqladı
    • 15-02-2023, 21:30
    • 248

Ərdoğan məmurların yığdığı yardımın məbləğini açıqladı

Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında zəlzələdən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirir.

News24.az xəbər verir ki, canlı yayıma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qoşulub.

Prezident Ərdoğan yayım zamanı zəlzələ qurbalarına yardıma məmurların da qoşulduğunu bildirib:

“Nazirlər Kabinetinin iclasında oradakı dostlarımızla, öz aramızda 136 milyon 589 lirə yardım topladıq”.