Zəlzələdə həlak olan Gündüz Nəzərzadə ilə vida mərasimi keçirilir
    • 16-02-2023, 11:26
    • 480

Zəlzələdə həlak olan Gündüz Nəzərzadə ilə vida mərasimi keçirilir

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Gündüz Nəzərzadə ilə Sumqayıtda vida mərasimi keçirilir.

News24.az -ın məlumatına görə, mərasimində mərhumun ailə üzvləri, qohumları, ictimaiyyət nümayəndələri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi iştirak edir.

Malatya şəhər İnönü Universitetində tibb üzrə magistratura pilləsində oxuyan Gündüz Nəzərzadə Sumqayıt qəbiristanlığında dəfn olunacaq.