FHN Siyəzəndə baş verən yol qəzası ilə bağlı məlumat yayıb
    • 17-02-2023, 09:42
    • 248

FHN Siyəzəndə baş verən yol qəzası ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonunun Beşdam kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

News24.az FHN-in saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus və “Opel” markalı minik avtomobili toqquşub, 8 nəfər avtomobillərdə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 6 nəfər sağ, digər 2 nəfərin meyiti zədələnmiş avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.