Norveç kəşfiyyatı: Rusiya sualtı qayıqlarını nüvə silahı ilə təchiz edib
    • 17-02-2023, 11:27
    • 193

Norveç kəşfiyyatı: Rusiya sualtı qayıqlarını nüvə silahı ilə təchiz edib

“Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasındakı döyüş gəmiləri 30 ildə ilk dəfə taktiki nüvə silahı ilə təchiz edilib”.

News24.az xəbər verir ki, bu iddia ilə Norveç Müdafiə Nazirliyi çıxış edib.

Norveç hərbi kəşfiyyatının topladığı məlumatlarla hazırlanan “Fokus 2023” adlı illik hesabatda Rusiyanın taktiki nüvə silah tutumunun əhəmiyyətli bir hissəsinin Şimal Donanmasındakı döyüş gəmilərində istifadə edildiyi iddia edilib.

ABŞ-nin oktyabr ayında paylaşdığı məlumata görə, Rusiya ordusunda 2000-ə yaxın taktiki nüvə başlığı var.