Rusiyanın nüvə qüvvələri təlimlərə başladı - “Yars” anbardan çıxarıldı
    • 2-06-2022, 01:39
    • 337

Rusiyanın nüvə qüvvələri təlimlərə başladı - “Yars” anbardan çıxarıldı

Rusiyanın strateji nüvə qüvvələrinin tərkibində həmişə müharibəyə hazır olan, nüvə silahlarının qarşısının alınması üçün nəzərdə tutulmuş Strateji Raket Qüvvələrinin kontingenti “Yars” qitələrarası ballistik raket sisteminin döyüşə cəlb edilməsinin məşq edildiyi hərbi təlim keçirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Məlumata görə, Rusiya Strateji Raket Qüvvələrinin Teyskovo bölməsi İvonovo vilayətində “Yars” raketinin buraxılış sistemlərini sınaqdan keçirib.
Təlimə 1000-ə yaxın hərbçi və 100-dən çox hərbi texnika cəlb olunub.

Rusiya Strateji Raket Qüvvələri mümkün təcavüzün və nüvə hücumunun qarşısını almaq üçün rus ordusunun strateji nüvə qüvvələrinin əsas komponenti kimi xidmət edir və daim müharibəyə hazır olan qoşunlardan ibarətdir./Teleqraf.com/