Yüksək vəzifələrdə çalışmış şəxs vəfat etdi
    • 17-02-2023, 12:28
    • 178

Yüksək vəzifələrdə çalışmış şəxs vəfat etdi

Uzun illər neft-qaz təsərrüfatında rəhbər vəzifələrdə çalışmış prezidentin fərdi təqaüdçüsü Mirnağı Kamilov vəfat edib.

News24.az xəbər verir ki o, xəstəlik səbəbindən Bakıda dünyasını dəyişib.

Qeyd edək ki, M.Kamilov uzun illər Neft Daşları NQÇİ-nin rəis müavini, əsaslı və yeraltı təmir sexinin rəisi, Şirvanneft NQÇİ-nin rəisi, 1989-2003-cü illərdə Azneft İB-də neft-qazın hasilatı, quyuların yeraltı və əsaslı təmir üzrə istehsalat şöbəsinin rəisi, 2003-cü ildən Neftqazelmitədqiqatlayih institunuda direktor müavini, 2007-ci ildən 2012-ci ilədək direktorun müşaviri vəzifələrində işləyib.

O, prezidentin fərmanı ilə fərdi təqaüd alırdı.

Taleh BAĞIROV