Mourinyo PSJ-ni çalışdıra bilər
    • 18-02-2023, 01:23
    • 138

Mourinyo PSJ-ni çalışdıra bilər

“Roma”nın baş məşqçisi Joze Mourinyo PSJ-ni çalışdıra bilər.

News24.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb. 

Məlumata görə, Paris təmsilçisinin idman direktoru Luis Kampos 60 yaşlı mütəxəssislə mümkün keçidi müzakirə edib.

Qeyd edək ki, Mourinyo 2021-ci ildən “Roma”nı çalışdırır. Onun İtaliya klubu ilə müqaviləsi 2024-cü ilə qədərdir.