Kliniki Tibbi Mərkəzin həyətində QULDURLUQ
    • 18-02-2023, 12:36
    • 177

Kliniki Tibbi Mərkəzin həyətində QULDURLUQ

Fevralın 16-da Bakı şəhər Nəsimi rayonu ərazisində yerləşən Kliniki Tibbi Mərkəzin həyətində quldurluq hadisəsi baş verib.

News24.az
-ın əldə etdiyi məlumata görə, naməlum şəxs 1976-cı il təvəllüdlü Rövşən Sabir oğlu Sadıxovu döyüb. Həmin şəxs R.Sadıxovun üzərindəki 60 manat pulu, dərman pereparatlarını və eynəyini götürərək uzaqlaşıb.

Hadisə ilə bağlı polisə ilk məlumatı R.Sadıxovun 75 yaşlı anası verib.

Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir.//qlobalinfo