-
- 18-02-2023, 19:48
- 238
"Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir"
"Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir".
News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına müsahibəsində deyib.
"Bu haqda Azırbaycanın mövqeyi bildirildi. Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onları incələyirik. İlk baxışda Ermənistan mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil. Əsas bu məsələ müzakirə olundu. Laçın-Xankəndi yolundakı vəziyyət də əlbəttə ki, müzakirə olundu. Mən bir daha Azərbaycan mövqeyini bildirdim ki, hər hansı blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2 500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınları keçmişdir. Əgər blokada var idisə, bu maşınlar neçə keçə bilərdi?! Yəni bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd edirik.
Deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır. O cümlədən, Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, qanunsuz yataqlarımızın istismarı dayandırılsın və buna nail olunmayana qədər mən əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər. Bu gün də bunu çatdırmağa çalışdım.
Eyni zamanda, bildirdim ki, yaxşı olar ki, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Bu gün bu təklifi rəsmən verdik. Daha əvvəl bu təklif qeyr-rəsmi kanallar vasitəsilə çatdırılmışdı. Ermənistan tərəfindən hər hansı bir mövqe səsləndirilmədi. Yəqin ki, onlara bir qədər vaxt lazımdır bunu müzakirə etməyə. Amma bizim ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur və bu, hər iki ölkə ölkə arasında əlaqələrin normallaşmasında da əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyasından danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, həm Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət məntəqələri aradılmalıdır. Bu gün Dövlət Katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürdüm və Ermənistan tərəfindən cavab gözləyəcəyik", - dövlət başçısı qeyd edib.