Türkiyədəki zəlzələdə 100 hərbçi şəhid olub
    • 20-02-2023, 10:46
    • 192

Türkiyədəki zəlzələdə 100 hərbçi şəhid olub

Türkiyədə baş verən zəlzələ nəticəsində 100 hərbçi həlak olub.

News24.az
"CNN Türk"-ə istinadla xəbər verir ki, bunu açıqlamasında Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, hərbçilərdən 2-si hələ də itkindir: " Onların dağıntılar altında olduğunu düşünürük. Aidiyyatı qurum və birliklərlə koordinasiyalı olaraq onlarla bağlı işlərimizi davam etdiririk. Yoldaşlarımızdan itkilərimiz var. Təəssüf ki, bu, 100-ə çatıb".

Nazir Türkiyəyə qaçqın axını olub iddialarına da cavab verib: "Hazırda sərhədlərimiz 24 saat nəzarət altındadır. Heç bir anormal vəziyyət yoxdur”. 

Qumral Əliyeva