Hulusi Akar ukraynamkarı ilə telefonla danışıb
    • 30-08-2022, 22:39
    • 393

Hulusi Akar ukraynamkarı ilə telefonla danışıb

Türkiyənin milli müdafiə naziri Hulusi Akarla Ukraynanın müdafiə naziri Oleksi Reznikov arasında telefon danışığı olub.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Danışıq zamanı Reznikov 30 Avqust Zəfər Bayramı və Türk Silahlı Qüvvələri Günü münasibətilə həmkarına təbriklərini çatdırıb.

Nazir Akar da həmkarına təşəkkür edərək, ölkəsinin Ukraynaya dəstəyinin davam edəcəyini vurğulayıb.