"AZAL kiçik bir fədakarlıq belə etmək istəmir" - Fazil Mustafa
    • 20-02-2023, 13:26
    • 510

"AZAL kiçik bir fədakarlıq belə etmək istəmir" - Fazil Mustafa

Tələbələrin vəziyyətini yüngülləşdirmək üçün indiki şərtlərdə ciddi addımlar atmaq lazımdır.

Bunu AZAL-ın dodaq uçuqladan qiymətləri haqqında News24.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa söyləyib.

Deputat bildirib ki, Türkiyədə zəlzələ təhlükəsi olan bölgələrdəki tələbələrin ölkəyə gələ bilməsi üçün nəqliyyat xərclərində güzəştlər olmalıdır:

“Təəssüflər olsun ki, gözlədiyimiz ciddi addımlar atılmadı. Təyyarə şirkətləri qardaş ölkədə ən ağır vaxtda böyük fədakarlıq etdilər. Biz də isə kiçik bir fədakarlığı belə etmək istəyən yoxdur. Bu tələbə nə etsin?! Pulu yox, parası yox. Ortada bir çıxış yolu qalır. O da tələbələr və xəstələr üçün quru sərhədlərin açılması. Quru sərhədlər də açılmasa zəlzələ təhlükəsi olan ərazilərdəki vətəndaşlarımız orada da qalacaq. Quru sərhədlərin tələbələr üçün açılması asan bir prosesdir. Müvafiq sənəd təqdim olunur və tələbə sərhəddən buraxılır. Kütləvi şəkildə vətənadaşların buraxılması mümkün deyil, anladıq. Bəs, riskli zonada olan vətəndaşlar üçün sərhədin açılmasında nə ziyan var? Bu məsələyə ciddi yanaşılmalıdır”.

Humay İsgəndərova