Meryem Üzerli zəlzələ qurbanları üçün Dubayda yardım topladı
    • 20-02-2023, 14:51
    • 204

Meryem Üzerli zəlzələ qurbanları üçün Dubayda yardım topladı

Türkiyədə baş verən dəhşətli zəlzələyə görə dünyaca məşhur simalar yardım toplamağa davam edir.

News24.az Türkiyə mətbuata istinadən xəbər verir ki, yardım toplayan simalardan biri də  türkiyəli aktrisa Meryem Üzerlidir.

Belə ki, Meryem Üzerlinin təşəbbüsü ilə Dubaydakı "TIME100 Impact Awards" mərasimində zəlzələ qurbanları üçün ianə kampaniyası keçirilib. 

Mərasimdə zəlzələ qurbanları bir dəqiqəlik sükutla yad edilib. Meryem Üzerlinin çağırışı ilə dünyanın ən məşhur simaları gecə boyu AFAD, Kızılay, UNICEF və AHBAP dərnəklərinə ianə ediblər.

Humay İsgəndərova