Dağıntılar altından sağ çıxarılanların sayı açıqlandı
    • 20-02-2023, 18:45
    • 195

Dağıntılar altından sağ çıxarılanların sayı açıqlandı

“Türkiyədə baş verən zəlzələ nəticəsində 114 834 nəfər dağıntılar altından sağ çıxarılıb”.

News24.az xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Hatayda jurnalistlərə açıqlaması zamanı bildirib.
Ərdoğan qeyd edib ki, zəlzələdə həlak olan 41 156 nəfər dəfn edilib.

O vurğulayıb ki, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri yekunlaşmaq üzrədir.