Yatmazdan əvvəl telefonunuzu bu yerə qoymayın - XƏBƏRDARLIQ
    • 21-02-2023, 01:55
    • 326

Yatmazdan əvvəl telefonunuzu bu yerə qoymayın - XƏBƏRDARLIQ

Müasir insanların çoxunda yatmazdan əvvəl zəngli saatı qurduqdan sonra telefonunu yastığın altına və ya onun yanına qoymaq vərdişi var.

Həkimlər bunu etməyi məsləhət görmürlər, çünki işləyən smartfon orqanizmə və beyin fəaliyyətinə mənfi təsir göstərir.

Onkoloq Yelena Jukova bildirib ki, işləyən smartfon bədənə və beyin fəaliyyətinə mənfi təsir göstərən yüksək tezlikli elektromaqnit sahələrinin mənbəyidir. 

Telefonu çarpayının yanında qoymaq belə təhlükəsiz olduğunuz anlamına gəlmir. Yataqdan mümkün qədər uzaq bir rəf seçmək daha yaxşıdır. Yatan insanla işləyən smartfon arasında minimum məsafə 80 santimerdən çox olmalıdır.

Elmi dairələrdə qadcetlərin onkologiyanın inkişafına təsirinin şişirdilmiş hesab edilməsinə baxmayaraq, mütəxəssislər hələ də yuxu zamanı mobil telefonu mümkün qədər uzaq tutmağı tövsiyə edirlər.

Lent.az