-
- 1-08-2018, 22:00
- 801
1 həftə enerji saxlayan telefonlar gəlir
Hər il yeni smartfonlar təqdim edilsə də, hər biri üçün keçərli olan enerji saxlama məsələsi öz həllini tapmır. Bununla bağlı yeni layihə hazırlanıb və 1 həftə müddətinə avtonom işləyən düyməli telefonların nostalji hissini geri qaytarıb.
Smartfonların yeni funksiyaların aktiv istifadəsi üçün sərf edilən enerji miqdarının artması cihazın avtonom işləmə müddətinə mənfi təsir edir. Yaxın günlərdə 10000 milliamper/saat tutumlu akkumulyatora malik "Oukitel WP2" cihazı təqdim edilib. Bu aparat "IP68" standartına uyğun olaraq toz və suya qarşı dayanıqlıdır.
"Oukitel WP2" qurğusu uzun müddət avtonom işləyən əvvəlki smartfonun ("P10000 Max") təkmilləşdirilmiş versiyası kimi hazırlanıb. Hələ ki smartfon haqqında geniş informasiya verilmir. Ən böyük özəlliyi odur ki, 10000 milliamper/saat tutumlu akkumulyatora malik olacaq. İstehsalçı smartfondan orta istifadə aktivliyi zamanı onun bir həftə müddətində avtonom işləməsinə dair zəmanət verəcək.
Aparatın daha bir özəlliyi isə yüksək dərəcədə dayanıqlı və möhkəm quruluşda olmasıdır. Polistirol ebonitdən hazırlanmış korpus yalnız suya qarşı dayanıqlı deyil, həmçinin konstruksiyanın möhkəmliyini təmin edir, hündürlükdən yerə düşmə zamanı və ya zərbə aldıqda zədələnməsinin qarşısını alır. Bundan başqa, displey cızıqlara qarşı dayanıqlı möhkəm "Corning Gorilla Glass" şüşəsi ilə qorunacaq.
// Publika.az