-
- 21-02-2023, 12:02
- 287
"Əliyev Paşinyanın oyununu pozdu, Ermənistan növbəti dəfə məğlub oldu" - Asif Nərimanlı
“Münhendə Blinken tərəfindən təşkil edilən üçtərəfli görüşün və “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasın nəticəsinin Azərbaycanın maraqlarına uyğun olduğunu deyə bilərik”.
Bunu News24.az-a açıqlamasında siyasi analitik Asif Nərimanlı deyib.
O bildirib ki, Ermənistan üçtərəfli görüşdə Zəngəzur dəhlizinin yol məntiqi ilə açılmasını gündəmə gətirib, yəni yol açılacaqsa, ermənilərin nəzarət-buraxılış məntəqəsi olacaq: “Bu, Qərb tərəfindən də dəstəklənən məsələdir. Prezident İlham Əliyev Paşinyanın bu manevrinə qarşı “həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır” təklifini rəsmi olaraq irəli sürüb. Bu, “Zəngəzur və Laçın dəhlizləri eyni rejimdə işləməlidir” mövqeyinin rəsmiləşməsi deməkdir. Yəni Ermənistan Zəngəzurdan dəhliz vermirsə, o zaman, Azərbaycan Laçın dəhlizinə nəzarət-buraxılış postu quracaq, əks təqdirdə, Laçından dəhliz keçirsə, 10 noyabr razılaşmasına uyğun Zəngəzurdan da dəhliz verilməlidir”.
Asif Nərimanlı qeyd edib ki, hər iki istiqamətdə dəhlizin olmasını Rusiya, yol məntiqi ilə işləməsini isə Qərb istəyir: “Azərbaycan da hər iki cəbhənin istəklərini öz maraqlarına uyğunlaşdırır. Görünür, Paşinyan Zəngəzur dəhlizi ilə bağlı istədiyinə nail olmağa çalışdığı vaxt Əliyev onun oyununu pozub və Laçın dəhlizinə postun qurulmasını rəsmi formada aktuallaşdırıb. Bu, həm də Rusiyaya Ermənistanın ona qarşı çıxdığını göstərmək gedişidir.
Bununla yanaşı, görüşdə sülh müqaviləsi ilə bağlı Ermənistanın istəyi baş tutmayıb. İrəvan sülh mətninə Qarabağın da adını daxil etmək istəyir, lakin Azərbaycan buna imkan vermir. Bakı və İrəvan arasında sülh sazişi ilə Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi, eləcə də onlarla təmasların qurulması ayrı məsələlərdir. Bu mövqe Blinken, yəni ABŞ tərəfindən də dəstəklənir.
Görüşdən sonra keçirilən plenar iclasda səslənən fikirlər də xüsusi diqqət çəkdi, xüsusilə müharibədən sonra regiondakı real vəziyyətin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından. Paşinyan Laçın yolundakı aksiyadan bəhs edərək, Qarabağdakı ermənilərin blokadaya düşdüyünü iddia etdi, Əliyev isə onun bu iddiasını faktlarla təkzib etdi. Ermənistan blokada iddiaları ilə Bakıya qarşı beynəlxalq təzyiqə nail olmaq istəyir, Münhen konfransına fürsətlərdən biri kimi baxırdılar, lakin Azərbaycan prezidenti beynəlxalq ictimaiyyət qarşısında bu iddiaların yalan olduğunu ispat etdi. Beləliklə, Ermənistan informasiya müharibəsində növbəti dəfə məğlub oldu”.