-
- 14-10-2022, 17:54
- 545
Putinin üçtərəfli görüş təklifinin pərdəarxası – Politoloq detalları açdı
“Qərb bölgədə vasitəçilik təşəbbüsünü Rusiyadan almağa çalışır, Praqa görüşü buna müəyyən qədər nail olmaq imkanını da ortaya qoydu. Eyni zamanda, “mülki missiya” ilə Ermənistan tərəfindən sərhədə gəlmək razılaşması Rusiya qarşısında alternativ olmaq planının praktiki mərhələyə keçidi deməkdir. Moskva bundan narahatdır və narahatlığını gizlətmir də”.
Bunu News24.az-a açıqlamasında siyasi analitik Asif Nərimanlı deyib.
O bildirib ki, Putinin Rusiyada üçtərəfli görüş təklifi gözlənilən idi, çünki Moskva təşəbbüsü əldən vermək niyyətində deyil və mümkündür ki, Qərb masasında əldə olunan razılaşmalar böyük ölçüdə arxa plana keçirsin: “Əslində Rusiyanın texniki baxımından da belə imkanı var, çünki sülh müqaviləsinin ilin sonuna kimi imzalanması gözləntisi olsa da, Azərbaycan və Ermənistan arasında iki məsələ hələ də həll olunmamış qalır. Biri sərhədin xəritələrlə delimitasiyasıdır, digəri kommunikasiyanın açılması, yəni Naxçıvana çıxışın “dəhliz”, yoxsa “yol” məntiqi ilə reallaşması. Ermənistan Rusiya masasında Zəngəzurdan dəhliz verməklə bağlı öhdəlik götürsə də, praktikada buna əməl etmir və Qərb bu məsələdə İrəvanın yanındadır. Çünki Qərb bu bu dəhlizə Rusiyanın nəzarət etməsini istəmir. Sərhədin delimitasiyasında da Ermənistan SSRİ dağılanda mövcud olan xətlərə istinad edir. Sülh müqaviləsinə əngəl törədən iki əsas səbəb məhz budur”.