"Vəziyyəti çox ağır idi, danışa bilmirdi" - Kazım Abdullayev
    • 21-02-2023, 12:03
    • 525

"Vəziyyəti çox ağır idi, danışa bilmirdi" - Kazım Abdullayev

“Doğurdan da, çox ağırdır.  Biz Ramiz müəllimlə Sumqayıt teatrında bir yerdə işləmişik". 

Bu fikirləri News24.az-a açıqlamasında  xalq artisti Kazım Abdullayev ağır xəstəlikdən vəfat edən Ramiz Novruz haqqında danışarkən deyib.

"Sonuncu dəfə onunla 1 həftə əvvəl əlaqə qurmuşdum. Vəziyyəti çox ağır idi, danışa bilmirdi. Arada səhhəti düzəlmişdi, amma sonradan yenidən birdən-birə ağırlaşdı. Özündən səhhəti barədə soruşanda deyirdi ki, yaxşıyam. Özü bizə ürək-dirək verirdi. Allah rəhmət eləsin! Hamı bir gün gəlir, bir gün gedir. Çox heyif, arzuları var idi, yerinə yetirə bilmədi Mən onunla çox işləmişəm, həmişə xoş xatirəlkərlə xatırlayacağam. Həyatda dost kimi dost, qardaş kimi qardaş idik”.

Qumral ƏLİYEVA