"Heç vaxt xəstəlikdən şikayət etmədi"
    • 21-02-2023, 14:26
    • 211

"Heç vaxt xəstəlikdən şikayət etmədi"

"Bu gün böyük sənətkarı, əvəzedilməz insanı haqq dünyasına yola salırıq. Xəbəri sosial şəbəkədə gördüm. Əvvəlcə inanmadım. Allah rəhmət etsin yazısını oxuyanda isə artıq anladım. Çox məyusam ki, biz böyük sənətkarımızı itirmişik. Universiteti bitirdiyi vaxtdan biz onunla çiyin-çiyinə işləmişik. O təkcə aktyor kimi yox, drammaturq kimi də uğurlu insan idi".

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Rafiq Əzimov deyib.  

Onun sözlərinə görə, Ramiz Novruz xəstəliyi barədə heç kimə danışmırmış: " O, ağır xəstəliyini də yüngül kimi hiss edirdi. Heç kimə hiss etdirmirdi. Onun nikbinliyi məni valeh edirdi. Heç vaxt ağır xəstəlikdən şikayət etmədi".

Qumral Əliyeva