"Bu, hər bir sənətkara müvəffəq olmur" - Hacı İsmayılov
    • 21-02-2023, 12:27
    • 217

"Bu, hər bir sənətkara müvəffəq olmur" - Hacı İsmayılov

"Bu, Azərbaycan mədəniyyəti, Azərbaycan teatr sənəti üçün çox böyük itkidir".

Bu fikirləri News24.az-a açıqlamasında Xalq artisti Hacı İsmayılov ağır xəstəlikdən vəfat edən Ramiz Novruz haqqında danışarkən deyib.

"Biz onunla səhnəni bir bölüşmüşük. Ramiz doğurdan da, çox böyük yaradıcılıq yolu keçib. O, xalqın sevincini qazanıb və hər bir sənətkara bu müvəffəq olmur.  Allah rəhmət etsin. Onun əziz xatirəsi həmişə bizim qəlbimizdə yaşayacaq".

Qumral ƏLİYEVA