"Qırmızı Xaç"ın maşınları Laçından keçdi
    • 21-02-2023, 19:49
    • 327

"Qırmızı Xaç"ın maşınları Laçından keçdi

Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 7 avtomobil yenidən Laçın yolundan keçib.

BQXK-ya məxsus 6 minik, bir yük maşınının Laçın istiqamətinə maneəsiz keçməsi üçün şərait yaradılıb.

Xatırladaq ki, səhər saatlarında avtomobil karvanı Laçından Xankəndi istiqamətində hərəkət etmişdilər.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 72 gündür davam edir. /Teleqraf/