-
- 22-02-2023, 12:58
- 1 421
"Çox güman ki, nə efirdə, nə də səhnədə olacağam"
Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Novruz uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.
News24.az xəbər verir ki, aktyor oğlu Cavidan Novruz mərhumla bağlı paylaşım edib. O, ağır günündə yanında olan dostlarına təşəkkür edib:
"Bu səhəri ilk dəfə atasız açdım. Atasız yatmağa hazırlaşıram. Allahdan tək istəyim Ramiz Novruzun yuxuma heç olmasa 1 dəqiqəlik belə gəlməyidir. Məni yalnız yerimdə olan, bu acını yaşayan insanlar tam şəkildə anlayacaq. Sözüm budur ki, məlum məsələyə görə bu günlərdə heç cürə sosial şəbəkə haqqında düşünmürəm. İndi sadəcə, baxdım və yazılarınızı, rəylərinizi gördüm. Hər kəsə ayrı-ayrılıqda nəsə yaza bilmirəm. Amma yazmağa da məcbur qaldım, hörmətsizlik kimi anlamayın, xahiş edirəm. Bir onu deyə bilərəm ki, Allah sizlərdən razı olsun. Atamı nə qədər sevdiyinizi o qədər hiss etdirdiniz ki, bu mənə və ailəmə ən gözəl təskinlik idi. Bütün Ramiz Novruz yaradıcılığını sevənlər, Allah sizdən min dəfə razı olsun. İnanın, çox pisəm. Arxa-dayağımı, elə bir insanımı gözlənilmədən itirdim ki, bu mənə uzun illər travma qalacaq. Hər birinizə təşəkkür edirəm: həm burada yazan dostlarıma, həm bu gün yanımda olanlara. Həm də teatr kollektivimə, "Komedixana" komandasına, çalışdığım musiqili məkanlarda olan dostlarıma, oranın rəhbərliklərinə - hamınıza minnətdaram. Çox güman ki, nə burada olacağam, nə efirdə, nə də səhnədə. Çünki psixoloji, mənəvi hər şeydən soyumuşam, açıq və səmimi deyirəm".