-
- 22-02-2023, 15:08
- 233
Bakıda oğlan bacısının ad günündə atasının qanını tökdü – TƏFƏRRÜAT
Bakı Ağır Cinayətlər Məhkəməsində keçən il iyunun 16-na keçən gecə Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən evdə atasını bıçaqlayan 1996-cı il təvəllüdlü Cövdət Albabayevin (şərti ad soyadlı) məhkəməsi başa çatıb.
News24.az-ın əldə etdiyi məlumata görə məhkəmədə Cövdətin atası oğlundan şikayətçi olmayıb və onun barəsində yüngül cəzanın verilməsini xahiş edib.
O da məlum olub ki, hadisənin baş verdiyi gün Cövdətin bacısının ad günü olub və ailə üzvləri birlikdə dəniz sahilinə gedərək doğum gününü birlikdə qeyd ediblər. Həmin gün restorandan evə qayıtdıqdan sonra təqribən gecə saat 00:30 radələrində Cövdət evdə anası ilə atasının öz aralarında mübahisə etdiklərini eşidib. O, valideyinlərinin mübahisə etdiyi otağa daxil olaraq atasının əlində qayçı, stolun üstündə isə bıçaq olduğunu görüb. Bu zaman Cövdət əlinə keçən qayçı ilə atasına ağır xəsarət yetirib.
Məhkəmədə Cövdətin anası da oğlunun cinayət törətmək niyyətində olmadığını bildirib.
Qeyd edək ki, 26 yaşlı gəncə 1 il müddətində şərti cəza verilib.
Taleh BAĞIROV