Çin-Tacikistan sərhədində 7,2 bal gücündə zəlzələ oldu
    • 23-02-2023, 08:55
    • 206

Çin-Tacikistan sərhədində 7,2 bal gücündə zəlzələ oldu

Çin-Tacikistan sərhədində 7,2 bal gücündə zəlzələ baş verib.

News24.az
xəbər verir ki, yeraltı təkanlar Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Vilayəti ilə Tacikistanın şərqindəki Dağlı Bədəxşan Muxtar Vilayəti arasındakı sərhəd yaxınlığında qeydə alınıb. 

ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin maqnitudasının 6,8 bal olduğunu və episentrinin Tacikistan sərhədindəki Murqob şəhərindən 67 kilometr qərbdə yerləşdiyini qeyd edib. /Haber Global/

Teymur MƏMMƏDOV