Acun indi də bu futbol klubunu almaq istəyir
    • 23-02-2023, 09:22
    • 204

Acun indi də bu futbol klubunu almaq istəyir

Türkiyəli iş adamı və aparıcı Acun Ilıcalının İrlandiyanın "Dundalk" futbol klubunu almaq istəyir. 

News24.az xəbər verir ki, sahibi olduğu "Hull City" üçün pilot komanda axtaran Ilıcalı bu səbəbdən "Dundalk"la maraqlanır.

Acun Ilıcalının İrlandiya klubunu alacağı və gənc futbolçulara burada oynamaq şansı verəcəyi bildirilir.

"Dundalk" klub tarixində 14 İrlandiya çempionluğunu, 12 İrlandiya FAI Kubokunu və 7 İrlandiya Liqa Kubokunu qazanıb. /Spor Arena/

Teymur MƏMMƏDOV