Seksual manyakları hansı cəza gözləyir? – Hüquqşünas
    • Bu gün, 13:54
    • 209

Seksual manyakları hansı cəza gözləyir? – Hüquqşünas

Xəbər verdiyimiz kimi, paytaxtın Yasamal rayonunda binanın blokunda qeyri-etik hərəkət edən şəxs saxlanılıb. Son vaxtlar paytaxt ərazisində ictimai yerlərdə seksual xarakterli hərəkətlər edənlərin sayında artım nəzərə çarpır.

News24.az bildirir ki, məsələ ilə bağlı Axar.az-a danışan hüquqşünas Səməd Vəkilov bildirib ki, saxlanılan şəxsi hansı cəzanın gözlədiyini yəqinləşdirmək üçün onun törətdiyi əməlin detallarına diqqət yetirmək lazımdır.

“Əgər bu hərəkətlər konkret bir şəxsə qarşı yönəlməyibsə, bu halda şübhəliyə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlana və o, bir il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər. Lakin seksual hərəkətlər konkret kiməsə qarşı yönəlibsə, belə olan halda bu məsələ başqa bir cinayətin tərkibini yarada bilər”.