Engin Polat SƏRBƏST BURAXILDI
    • Bu gün, 13:10
    • 101

Engin Polat SƏRBƏST BURAXILDI

Həyat yoldaşı Engin Polatın azadlığa çıxması xəbərini yaxınları ilə bölüşən Dilan Polatın ilk sözləri "Allaha şükür. Dövlətimizə təşəkkür edirəm. Çox xoşbəxtik" olub. 

News24.az xəbər verir ki, Dilan və əri Engin Polatın 3 ayrı cinayətə görə hər birinə 20 ildən 40 ilə qədər həbs cəzası istənildiyi, ümumilikdə 28 şübhəlinin mühakimə olunduğu davada məhbus 4 şübhəli sərbəst buraxılıb.

Məhbus müttəhimlər Engin Polat, Alper Kürşat Polat və Sezgin Polat səs və görüntü informasiya sistemi (SEGBİS) vasitəsilə məhkəməyə qoşulub.

İclasda Dilan Polatın da olduğu həbssiz təqsirləndirilən şəxslər və vəkilləri də iştirak edib.

Xəbəri yaxınlarına çatdırmaq üçün telefonu əlinə alan Dilan Polat birinci qızına zəng edərək “buraxıldı” qışqırıb. Polatın vaxtaşırı titrədiyi görülüb.

Dilan Polat xəbəri aldıqdan sonra verdiyi reaksiyaya görə məhkəmə zalından çıxarılıb. Ədliyyə dəhlizinə gedən Polat xəbəri alan ilk dəqiqələrdə diz çökərək telefon zəngləri edib.

Məryəm İlhamqızı