Dişlərinə görə ilk iş günü şirkətdən qovuldu
    • 23-02-2023, 09:54
    • 203

Dişlərinə görə ilk iş günü şirkətdən qovuldu

Belçikada qadın işə başladığı ilk gün şirkətdən uzaqlaşdırılıb.

News24.az xəbər verir ki, adı açıqlanmayan 35 yaşlı qadın işçi 2 il əvvəl sığorta firmasına iş üçün müraciət edib.

"Covid-19" epidemiyası görə diş müalicəsi gecikən qadın iş müsahibəsi zamanı maska taxıb. Onun diş problemlərini şirkət rəhbəri ilk iş günündə görüb.

Həmin gün qadından öz razılığı ilə işdən çıxması və bir daha işə gəlməməsi barədə sənəd imzalaması tələb olunub.

35 yaşlı qadın ayrı-seçkiliklə mübarizə agentliyi olan UNIA-ya müraciət edib. UNIA qadının işəgötürəni ilə bir neçə görüş istəyib, lakin bu tələblər rədd edilib.

Bunun üzərinə qadın Aalstdakı əmək məhkəməsində işəgötürənə qarşı iddia qaldırıb. İddia zamanı işəgötürən qadının iş müsahibəsi zamanı həyati vacib məlumatları gizlətdiyini və aqressiv davranışlar nümayiş etdirdiyini bildirib.

Hakim işəgötürənin təzminat olaraq 6 aylıq ümumi əmək haqqının ödənilməsi və insanların görünüşünə, əlilliyinə və ya xəstəliyinə görə bir daha ayrı-seçkilik etməməsinə qərar verib. /NTV Türkiye/

Teymur MƏMMƏDOV