Şakiranın fanatları Jerar Pike və sevgilisini restorandan qovdular - VİDEO
    • 23-02-2023, 10:07
    • 218

Şakiranın fanatları Jerar Pike və sevgilisini restorandan qovdular - VİDEO

Xəyanətlə qarşılaşan müğənni Şakiranın fanatları ona dəstək olmağa davam edirlər.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçının pərəstişkarları Pike və onun yeni 22 yaşlı sevgilisi Klara Çiaya açıq şəkildə mənfi münasibət nümayiş etdirdilər.

Jerar Pike və Klara Çianın Barselonadakı yapon restoranından tələsik çıxdıqları video internetdə yayılıb.

Buna səbəb restoranın sahibinin Şakiranın böyük pərəstişkarı olması və cütlüyün məkanı tərk etmələrini istəməsi olub.

Bundan əlavə, ofisiantlar cütlüyə xidmət etmək istəməyiblər. 

Yayımlanan videoda Jerar və Klaranın tez bir zamanda avtomobilə minməyə çalışdıqları qeyd edilib.

Teymur MƏMMƏDOV