-
- 23-02-2023, 12:06
- 484
Tanınmış aparıcı: “Biz jurnalist kimi əziyyət çəkiriksə, sadə vətəndaşlar nə etsin?”
Xəbər verdiyimiz kimi, İctimai TV-də departament rəhbərinin müavini, aparıcı Nigar Sabirqızının Media Reyestrində jurnalist kimi qeydiyyata düşməsində üzləşdiyi çətinliklə bağlı Feysbuk hesabında yazdığı post çoxsaylı müzakirələrə səbəb olub.
News24.az xəbər verir ki, aparıcı bu gün yeni status yazaraq məsələyə aydınlıq gətirib.
O bildirib ki, birinci məsələ həllini tapıb: “Yəni departament direktoru, departament direktorunun müavini, baş redaktor və ya digər vəzifədə olsanız da, jurnalist kimi qeydiyyata alınacaqsınız. İkinci məsələyə gəlincə, MEDİA-dan bildirirlər ki, diplom və əmək kitabçasının sistemə inteqrasiya olunmaması onların yox, bu işlə məşğul olmalı olan nazirliklərin səhvidir. Bu da bir başqa problemdir. Bizim bəzi nazirliklər belə işləyir. Biz jurnalist kimi bundan əziyyət çəkiriksə, sadə vətəndaşlar nə etsin? Bir sözlə, diplomumu notariusda təsdiqlədib, MEDİA-ya təqdim etdikdən sonra qeydiyyata düşəcəm”.
Aparıcı daha sonra sözlərinə belə davam edib: “Yazımın bu hissəsi isə mənə görə narahat olanlar, yazımdan öz məqsədləri üçün istifadə etməyə çalışanlar, eləcə də işdən çıxarıldığımı düşünüb sevinənlər üçündür. Jurnalist kimi qeydiyyata düşməmək bizim işimizə, stajımıza və ya digər nələrəsə təsir etmir. Qeydiyyata düşsək də, düşməsək də jurnalist kimi fəaliyyətimiz davam edir. Qeydiyyata düşmək məcburi deyil, öz seçimimizə bağlıdır. Bu qeydiyyat daha çox müəyyən imtiyazlardan yararlanmaq üçündür. Narahat olanlara təşəkkür edirəm, bundan istifadə etməyə çalışanlara və sevinənlərə isə arzularını yarıda qoyduğum üçün təəsüfləndiyimi bildirməklə yanaşı tövsiyə edirəm ki, cahilliklərinə savadlanaraq son qoysunlar”.