Keçmiş liderin cənazəsi 36 il sonra yenidən dəfn edildi - FOTOLAR
    • 24-02-2023, 13:32
    • 228

Keçmiş liderin cənazəsi 36 il sonra yenidən dəfn edildi - FOTOLAR

Burkina Fasonun keçmiş lideri Tomas Sankaranın cənazəsi 36 il sonra yenidən torpağa tapşırılıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, Sankara və onunla birlikdə həyatını itirən 12 nəfərin cəsədləri ölüm səbəblərini araşdırmaq üçün 2015-ci ildə eksqumasiya edilib.

Qeyd edək ki, Burkina Fasonun əfsanəvi lideri kimi tanınan Sankara o zaman yaxın dostu Blez Kompaore ilə birlikdə 1983-cü ildə Burkina Fasonun idarəçiliyini ələ keçirib.

1983-1987-ci illər arasında prezidentliyə başlayan Sankara 1987-ci ildə Compaore tərəfindən vəzifəsindən uzaqlaşdırılmağa çalışılıb və o, baş verən hadisələrdə 37 yaşında dünyasını dəyişib.

Compaore 2022-ci ilin aprelində Sankaranın ölümü ilə bağlı məhkəmədə ömürlük həbs cəzasına məhkum edilib.

Qumral Əliyeva